Naxçıvan Dövlət Universitetində keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Naxçıvan Dovlət Universitetində “Zəfər” kuboku uğrunda şahmat turniri keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikada idmana göstərilən diqqət və qayğıdan bəhs edib, ötən illər ərzində intellektual oyun növü olan şahmatın inkişafında əldə edilən nailiyyətlərdən danışıb. Rektor intellektual yarış iştirakçılarına uğurlar arzulayıb.

Universitetin Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov hər il ali təhsil ocağında keçirilən idman yarışlarından söz açıb, tələbələrin müxtəlif turnirlərdə qazandığı qələbələri diqqətə çatdırıb.

Yarışı təşkil edən universitetin Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov keçirilən oyunların tələbələr üçün xüsusi əhəmiyyətini önə çəkib.

Bədən tərbiyəsi və idman kafedrasının şahmat üzrə müəllimi Kifayət Hüseynova yarışın qaydaları haqqında tələbələri məlumatlandırdıqdan sonra turnirə start verilib.

Qeyd edək ki, turnirdə universitetin 40-a yaxın tələbəsi qatılıb. Nəticələrə əsasən Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə III kurs tələbəsi Aybəniz Hüseynova yarışın qalibi olub. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs tələbəsi Adəm Məmmədov II, Tarix-filologiya fakültəsinin Kitabxanaçılıq və İnformasiya ixtisası üzrə II kurs tələbəsi Ləman Dünyamalıyeva isə III yerin qalibi olublar.

Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: