Türkiyə Super Liqasında XXIV tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilk gündə 4 oyun keçirilib.
Son çempion “Başakşəhər” öz meydanında “Fatih Karagümrük”ə məğlub olub.
Turun mərkəzi oyunu “Ülkər” stadionunda keçirilib. Əzəli rəqiblər “Fənərbağça” ilə “Qalatasaray” derbidə üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. “Qalatasaray” yeni transferi Mustafa Məhəmməd Abdullahın yeganə topu sayəsində qalib gələrək, xalları bərabərləşdirib və turnir cədvəlində liderliyi ələ keçirib.
Bununla “sarı-lacivərdlilər”in 10 oyunluq məğlubiyyətsizlik seriyasına (9 qələbə, 1 heç-heçə) son qoyan “sarı-qırmızılılar” ardıcıl 4-cü qalibiyyətinə sevinib. Eyni zamanda “Fənər” artıq 8 matçdır ki, əzəli rəqibini üstələyə bilmir. “Kanarya” “cim-bom”a arıxıncı dəfə 4 il əvvəl – 2017-ci ildə qalib gələ bilib.
Qeyd edək ki, turun digər oyunları 7-8 fevralda keçiriləcək.