UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə "Liverpul"u ilə Almaniya "Leyptsiq"i arasındakı oyunun yeri açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
Matçın yerinin dəyişdirilməsinə Almaniyanın koronavirusa görə fevralın 17-dək İngiltərəyə uçuşları dayandırması səbəb olub.
Qeyd edək ki, görüş fevralın 16-da baş tutacaq.