İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yeni uğura imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 34 yaşlı hücumçu La Liqada ehtiyatdan oyuna girdikdən sonra vurulan qolların sayına görə "Real Sosyeda!"ın sabiq üzvü Oskar de Paula çatıb.
Argentinalı oyunçu bunu XXII turda "Betis"lə səfər matçında gerçəkləşdirib. O, 57-ci dəqiqədə Rikard Puçun yerinə matça girib və iki dəqiqə sonra fərqlənib.
Messi bu göstəriciyə görə 27 qolla 2-3-cü yerləri bölüşdürür. İlk sırada isə "Barselona"nın keçmiş hücumçusu Xolio Salinas (28 qol) qərarlaşıb.
Qeyd edək ki, "Barselona" "Betis"i 3:2 hesabı ilə məğlub edib.