Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Yeni Malatyaspor”u məğlub edib

A- A A+

Fevralın 8-də futbol üzrə Türkiyə çempionatının XXIV turunun üçüncü günündə “Trabzonspor” səfərdə “Yeni Malatyaspor”un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar meydan sahiblərinin qapısından iki cavabsız qol keçirib. Trabzon təmsilçisinin qollarını Anastasios Bakasetas və Antoni Nvakaeme vurub.

Günün digər matçında isə “Qaziantep” doğma meydanda “Göztəpə”ni 2:0 hesabı ilə məğlub edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Qalatasaray” başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq onunla eyni xala malik olan “Beşiktaş” və “Fənərbağça” klubları qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIV turda “Gənclərbirliyi” istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: