“Opera Euro Rapid”: Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib

A- A A+

“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin seçmə mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov sonuncu turlarda iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız ardıcıl Liren Dinq (Çin), hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşye-Laqrav, amerikalı Uesli So ilə heç-heçə edib. Teymur Rəcəbov günün son qarşılaşmasında – 15-ci turda prinsipial rəqibi ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan şahmatçımızın Ermənistan təmsilçisi ilə də oyunu heç-heçə başa çatıb.

T.Rəcəbov 15 turdan 8 xal əldə edib.

Qeyd edək ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xatırladaq ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: