Fevralın 11-də futbol üzrə Türkiyə kuboku uğrunda turnirin sonuncu iki yarımfinalçısı da müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dörddəbir final mərhələsinin son iki oyununda qalib gələn “Antalyaspor” və “Beşiktaş” klubları adlarını yarımfinala yazdırıblar.
“Antalyaspor” komandası “Sivasspor” üzərində minimal hesablı qələbə qazanıb. Oyunda yeganə qolu matçın 62-ci dəqiqəsində Ribeiro Fredi 11 metrlik cərimə zərbəsindən dəqiq yerinə yetirərək vurub.
“Beşiktaş” klubu isə “Konyaspor”u məğlub edərək adını yarımfinala yazdırıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda istanbullular 11 metrlik cərimə zərbələri seriyasında qalib gəliblər – 3:2.
Xatırladaq ki, yarımfinalın digər iki iştirakçısı “Başakşəhər” və “Alanyaspor” klublarıdır.