Qadın güləşçilərimizin Kiyevdə təlim-məşq toplanışına start verilib

A- A A+

Qadın güləşi üzrə Azərbaycan millisi fevralın 12-də növbəti təlim-məşq toplanışına start verib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçir.

Fevralın 25-dək davam edəcək hazırlıq prosesi “Konça-Zaspa” Olimpiya Kompleksində təşkil olunub.

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edirlər.

Qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamızın fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda iştirakı nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: