“Qarabağ” klubunun ispaniyalı futbolçusu Xayme Romeroya daha bir klubdan təklif gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xorvatiyanın “Hayduk” komandası təcrübəli yarımmüdafiəçini heyətində görmək istəyir. Split təmsilçisinin italiyalı baş məşqçisi Paolo Tramedzani hələ Kiprin “Apoel” klubunda çalışarkən Romeronun oyununu bəyənib. Əgər o, “Hayduk”da işini davam etdirərsə, növbəti mövsüm ispaniyalı futbolçunu komandaya gətirməyə çalışacaq.
Qeyd edək ki, mövsümün sonunda “Qarabağ”dan ayrılacağı gözlənilən Romeroya Kiprin “Apollon” klubu da maraq göstərir.