"Sport Bible" nəşri dünyanın klublarına ən sadiq futbolçularının reytinqini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, siyahıya Rusiya millisinin və MOİK-in qapıçısı İqor Akinfeyev başçılıq edir.
17 il 8 aydır Moskva təmsilçisinin formasını geyinən 35 yaşlı qolkiper bütün rəqiblərini qabaqlayıb.
Sonrakı iki pilləni İspaniya "Barselona"sının kapitanı Lionel Messi ilə İngiltərənin "Vest Hem" komandasının yarımmüdafiəçisi Mark Nobl bölüşdürür. Onlar 16 il 8 aydır müvafiq klublarda çıxış edirlər.
Siyahıda İtaliya "Roma"sının sabiq futbolçusu Françesko Totti, "Yuventus"un müdafiəçisi Corcio Kyellini, İspaniya "Real Madrid"inin oyunçusu Serxio Ramosun da adları var.