Türkiyə Superliqası: “Beşiktaş” səfərdə qələbə qazanıb

A- A A+

Fevralın 15-də futbol üzrə Türkiyə çempionatının XXV turunun sonuncu qarşılaşmasında “Gənclərbirliyi” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar rəqibinin qapısından üç cavabsız qol keçirib. İstanbul klubunun qollarını Raçid Qazzal (4) və Cenk Tosun (89, 90+4) vurub.

Günün digər matçında “Antalyaspor” – “Yeni Malatyaspor” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 51 xalla “Qalatasaray” başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq onunla eyni xal toplayan “Beşiktaş” və “Fənərbağça” klubları qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXV turda “Sivasspor” istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: