Azərbaycanın 4 güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirdə finala vəsiqə qazanıblar.
NUHÇIXAN xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər. Onlar həlledici görüşdə müvafiq olaraq, Mehran Nasiriafraçali (İran), David Teylor (ABŞ) və Mojtaba Goleijlə (İran) üz-üzə gələcəklər.
Qadın güləşçilərin mübarizəsində İrina Netreba (65 kq) finala çıxıb. Onun rəqibi İlona Prokopevniuk (Ukrayna) olacaq. Azərbaycanın daha bir qadın güləşçisi Elis Manolova (65 kq) bürünc medal uğrunda Mariya İlçişinlə (Ukrayna) qarşılaşacaq.
Bu gün keçiriləcək final görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.