UEFA araşdırmalar üçün qrant ayrılması proqramının 2021/2022-ci il buraxılışını elan edib

A- A A+

UEFA araşdırmalar üçün qrant ayrılması proqramının 2021/2022-ci il buraxılışını elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, böyük uğur qazanmış proqrama 2009-cu ildə start verilib. Proqramın əsas məqsədi doktoranturada təhsil alan və ya artıq elmlər doktoru dərəcəsinə malik olan həmçinin, Avropa futbolunu öyrənən və tədqiq edən şəxslərə səmərəli araşdırmalarında dəstək olmaq üçün 9 ay müddətində müəyyən sayda qrantların ayrılmasıdır. Daha çox təqdir olunan tədqiqat sahələri - iqtisadiyyat, hüquq, tarix, menecment, tibb, siyasi elmlər, psixologiya və sosiologiyadır.

Qrant almaq hüququna yiyələnmək üçün tədqiqatçılar UEFA-ya milli assosiasiyanın tövsiyə məktubunu təqdim etməlidirlər. Məktubda göstərilməlidir ki, milli assosiasiya müvafiq tədqiqat işini dəstəkləyir.

Beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə UEFA müştərək tədqiqat təkliflərini də qəbul edir. UEFA-nın üzvü olan 3 ayrı-ayrı milli assosiasiyanın ərazisində yaşayan 3 müxtəlif tədqiqatçının birgə müraciəti qəbul oluna bilər.

UEFA-nın qrant proqramının əsasnaməsinə uyğun gələn tədqiqatçılardan UEFA-nın qrant üzrə münsiflər heyəti imtahan götürəcək. Münsiflər heyəti sədrdən, Avropa futbolunun təmsilçilərindən və Avropada idmanla bağlı fəaliyyətləri ilə tanınan müəllimlərdən ibarətdir.

Münsiflər 6 müxtəlif milli assosiasiya tərəfindən dəstəklənən və hərəsi 15 min avro dəyərində (birgə müraciət üçün 20 min avro) 5 qrant təqdim edəcək.

UEFA-nın bu proqramı UEFA Akademiyası tərəfindən koordinasiya olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: