Təl-Əvivdə keçiriləcək “Böyük dəbilqə” turnirində 15 cüdoçumuz mübarizə aparacaq

A- A A+

Fevralın 18-də Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycanın 15 cüdoçusu mübarizə aparacaq.

Kişilərin mübarizəsində Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri, Camal Feyziyev (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.

Turnirdə 60 ölkədən 400-dən çox idmançı çıxış edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: