Azərbaycanlı futzal hakimi Avropa çempionatının seçmə mərhələsində İsrail – Macarıstan oyununu idarə edəcək
Futzal üzrə azərbaycanlı hakim, FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək bir oyunda ədaləti qoruyacaq.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, H.Qafarlı “Avro-2022”nin ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək İsrail – Macarıstan oyununu idarə edəcək.
Qarşılaşma martın 10-da oynanılacaq.