Şərur rayonunda "C" kateqoriyalı məşqçilik kursuna start verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kurs Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayon Olimpiya İdman Kompleksində keçirilir. AFFA-nın texniki direktoru  Cahangir Həsənzadə, təlimatçılar İlkin Hüseynov və İlham Əzizzadənin iştirakı ilə təşkil olunan kursa muxtar respublikanın müxtəlif bölgələrindən 14 məşqçi qatılıb. Məşqçilərin bilik və bacarıqlarının artırılması, uşaq futbolunda lisenziyalı məşqçilərin fəaliyyətinə zəmin yaradılması məqsədilə keçirilən kurs Avropanın ali futbol qurumu - UEFA tərəfindən təyin olunan plan, proqrama uyğun istiqamətlənib.                                          

Məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktiki məşğələlərdə iştirak edəcəklər. 3 mərhələli kursun yekununda imtahan keçiriləcək və uğurlu nəticə göstərənlərə AFFA-nın "C" kateqoriyalı məşqçilik lisenziyaları təqdim olunacaq.

                                                            Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: