Naxçıvanlı gənclər Vətən müharibəsi iştirakçıları ilə görüşüblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə könüllü gənclər “Görüş yeri” kafesində Vətən müharibəsi qaziləri ilə görüşüblər.
Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 nəfər könüllü gənc iştirak edib.
Görüş zamanı Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Vətən müharibəsi iştirakçılarından baş leytenant Cavidan Axundzadə, baş gizir Nail Eyvazov və gizir İmran Səfizadə çıxış edərək bildiriblər ki, Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar. Hərbçilər keçdiyi şərəfli döyüş yolu barədə xatirələrini bölüşüb, gənclərin suallarını cavablandırıblar.
Xosrov İbrahimov