Fevralın 18-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması oynanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərhələnin ikinci oyun günündəki görüşlər Portuqaliyada və İspaniyada təşkil olunub.
Günün ən gözlənilməz hesabı "Draqau" stadionunda qeydə alınıb.
"Porto" öz meydanında "Yuventus" (İtaliya) komandasını 2:1 hesabı ilə məğlub edib. Bu oyunda “Porto”nun hər iki qolu hissələrin ilk dəqiqələrində vurulub. Mehdi Taremi (1) və Mussa Mareqa (46) fərqləniblər.
Turin təmsilçisinin heyətində yeganə qoluna Federiko Kiyeza imza atıb.
Günün ikinci qarşılaşmasında Almaniyanın "Borussiya Dortmund" komandası səfərdə "Sevilya"nin qonağı olub. Görüş Dortmund təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Borussiya"nin heyətində Erlinq Haland (2) və Mahmud Daxud, “Sevilya”nin isə Suso və Lyuk De Yonq fərqləniblər.
Bu komandaların arasında cavab görüşləri martın 10-da oynanılacaq.