Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb

A- A A+

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb.

NUHÇIXAN-ın məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdur. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 470-ci məşqçisidir. Həmyerlimiz son siyahı ilə müqayisədə 2 pillə irəliləyib.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 927-ci yerdədi. Aktivində 255 xalı olan ukraynalı 1 pillə geriləyib.

 Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 3 çalışdırıcını qabaqlamaqla, 969-cu yerə qalxıb.

 Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 17118 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidir. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14202 xala malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: