İdmançılar muzeyləri ziyarət ediblər - FOTOLAR

A- A A+

Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları və məşqçi müəllimlərinin bir sıra muzeylərə ekskursiyası təşkil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində olan Voleybol Federasiyasının idmançılarına kompleks haaqında ətraflı məlumat verilib. Bildirilib ki, 5 yüzə yaxın eksponatın sərgiləndiyi muzeydə Naxçıvanın qədim tarixini və şəhər mədəniyyətini əks etdirən dəyərli nümunələr xronoloji ardıcıllıqla nümayiş etdirilir. Naxçıvan Dövlət Xalça Muzeyində olan Basketbol Federasiyasının idmançıları burada Naxçıvanda tarixən formalaşmış və bu gün də inkişaf etdirilən xalçaçılıq ənənələri barədə məlumat alıb, tarixi eksponatlarla tanış olublar. “Xan sarayı”-Dövlət tarix-memarlıq muzeyində ziyarət edən Futbol Federasiyasının üzvləri Kəngərlilər nəslinin görkəmli nümayəndələri, Naxçıvan xanlığının şanlı tarixini əks etdirən eksponantlar barədə maraqlı məlumat əldə ediblər.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: