"Qalatasaray" "Alanyaspor"u minimal hesabla məğlub edib

A- A A+

Fevralın 20-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun növbəti qarşılaşmasında "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib. "Qalatasaray"ın yeganə qolunu 18-ci dəqiqədə Emre Qılınc vurub.

Günün digər matçında isə “Kasımpaşa” doğma meydanda “Fatih Karagümrük”ü 3:2 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Yeni malatyaspor"a 2:3 hesabı ilə qalib gəlib. “Dənizlispor” isə "Gənclərbirliyi"dən üstün olub – 1-0.

Turun digər oyunları fevralın 21 və 22-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: