Novak Cokoviç 9-cu dəfə “Australian Open” turnirinin qalibi olub

A- A A+

Serbiyalı tennisçi Novak Cokoviç karyerasında 9-cu dəfə Avstraliya açıq çempionatının (Australian Open) qalibi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 21-də kişilər arasında keçirilən final qarşılaşmasında Novak Rusiya tennisçisi Daniil Medvedevə üç setdə qalib gəlib (7:5, 6:2, 6:2).

Qeyd edək ki, Novak Cokoviç, həmçinin “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq çempionatının da üçqat qalibidir (2011, 2015 və 2018).

Xatırladaq ki, Avstraliya açıq çempionatının qadınlar arasında keçirilən final görüşündə yaponiyalı Naomi Osaka ABŞ tennisçisi Cennifer Brediyə iki setdə (6:4, 6:3) qalib gələrək ikinci dəfə turnirin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: