Fevralın 22-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun sonuncu qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Rizəspor"u qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə 51 xal toplayan "Beşiktaş", üçüncü pillədə isə onunla eyni xala malik olan "Fənərbağça" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVI turda "Beşiktaş" istirahət edib.