Çempionlar Liqasının final mərhələsi Belarusdan alınaraq Xorvatiyaya verilib

A- A A+

Futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsi Belarusdan alınaraq Xorvatiyaya verilib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu addım Belarusdakı epidemioloji vəziyyət və ölkəyə mövcud səyahət məhdudiyyətləri nəzərə alınaraq atılıb.

Qeyd edək ki, Çempionlar Liqasının final mərhələsi aprelin 28-dən mayın 3-dək Zaqrebdə təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: