UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyük hesabla qələbə qazanıb

A- A A+

Fevralın 24-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutan görüşdə İspaniya çempionatının lideri “Atletiko Madrid” klubu öz meydanında Londonun “Çelsi” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Çelsi” minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 71-ci dəqiqədə Olivye Giru olub.

Gecənin ən məhsuldar qarşılaşması İtaliyanın “Olimpiko” stadionunda qeydə alınıb. Turnirin son qalibi “Bavariya” səfərdə “Latsio” komandasının qonağı olub. Görüş Münxen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. “Bavariya”nın heyətində Robert Levandovskiy, Camal Musiala, Leroy Sane, Françesko Açerbi (avtoqol) fərqləniblər. “Latsio”nun isə yeganə qoluna Xoakin Korrea imza atıb.

Bu komandaların cavab görüşü martın 18-də keçiriləcək.

Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” klubu İtaliyanın “Yuventus” komandasına 2:1, “Borussiya Dortmund” klubu isə “Sevilya”ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu fevralın 24-də keçiriləcək. “Real Madrid” İtaliyada “Atalanta”, “Mançester Siti” komandası isə Budapeştdə “Borussiya Mönhenqladbax” ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: