Fevralın 26-27-də Səudiyyə Ərəbistanında Formula E üzrə “Diriyah E-Prix Circuit” dünya çempionatı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, yarışların tarixində ilk dəfə yürüş vaxtı trasın LED işıqlandırılması həyata keçiriləcək. Yürüşdə 24 pilot dünyanın ən məşhur şirkətlərinin, o cümlədən “Porshe” və Mercedes-Benz”in istehsalı olan elektrikli idman avtomobillərində yarışacaq.
Səudiyyə Ərəbistanının İdman Media Federasiyası bildirib ki, çempionatı 45 idman jurnalisti işıqlandıracaq. Pilotların və jurnalistlərin COVID-19 testindən keçməsi də təmin edilib.
Formula E dünya çempionatından əvvəl - fevralın 19-20-də Əd-Diriyədə mükafat fondu 30 milyon dollar olan atçılıq yarışları keçirilib.