UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

A- A A+

Fevralın 25-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada “Çelsi” klubundan Olivye Jiru, “Bavariya”dan Robert Levandovski, “Real Madrid”dən Ferlan Mendi və “Mançester Siti” komandasından Joau Kanselu namizəddirlər.

O.Jiru “Çelsi”nin “Atletiko Madrid”ə 1:0 hesabı ilə qalib gəldiyi matçda, R.Levandovski “Bavariya”nın səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub etdiyi görüşdə fərqləniblər. F.Mendi İtaliyada “Atalanta”ya qalib gəldikləri görüşdə yeganə qolun müəllifi olub. J.Kanselu isə “Mançester Siti” - “Borussiya Mönhenqladbax” görüşündə (2:0) 95 faizlik dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: