Naxçıvanda spelio idman yürüşü üzrə birincilik keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş spelio-mağara turizmi idman yürüşü üzrə birincilik keçirilib. 

25 idmançının iştirak etdiyi birincilik Hava və Ekstremal İdman Növləri Federasiyası, Şərur, Kəngərli və Sədərək rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə reallaşıb. 

İştirakçılara qaydalar izah olunduqdan sonra yarışa start verilib. Gənc idmançılar Şərur rayon Tənənəm kəndindən Qazma mağarasına qədər olan məsafəni qət ediblər. Bu idman növünün keçirilməsində məqsəd gənclər arasında spelio-mağara turizmi idman yürüşünün kütləviliyinə nail olmaqdır. Yarışın yekununda Sədərək komandası finiş xəttinə daha tez çataraq I yerə layiq görülüb. Şərur II, Kəngərli komandası isə III olub.

Sonra idmançılar qədim yaşayış məskəni olan Qazma mağarasını ziyarət edib və onlara ətraflı məlumat verilib.

Yekunda qaliblərə təşkilatçıların diplom və hədiyyələri, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: