Fevralın 25-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir finala çıxan daha 7 iştirakçının adı məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin onaltıdabir final mərhələsinin cavab oyunlarının yeddisi Bakı vaxtı ilə saat 21:55-də başlayıb, səkkizi isə gecə saat 12-də oynanılacaq.
“Qarabağ” klubunun yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniyanın “Vilyarreal” klubu Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi “Zaltsburq” ilə cavab görüşündə də rəqibindən üstün olub - 2:1.
Günün ən gözlənilməz nəticəsi "Emirates" stadionunda qeydə alınıb.
Portuqaliyada "Benfika" ilə heç-heçə edən (1:1) İngiltərənin "Arsenal" klubu öz meydanında rəqibini məğlub edə bilməyib. Bu oyun 2:2 hesabı ilə başa çatsa da, iki oyunun nəticəsinə görə "Benfika" səkkizdəbir finala yüksəlib.
Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1, ilk oyun - 2:1;
“Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1, 0:2;
“Hoffenhaym” (Almaniya) - “Molde” (Norveç) - 0:1, 3:3;
“Reyncers” (Şotlandiya) – "Antverpen” (Beçlika) - 4:2, 4:3;
"Şatyor Donetsk" (Ukrayna) - "Makkabi Tel-Əviv" (İsrail) - 1:0, 2:0.