Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

A- A A+

Erməni şahmatçısı, Dünya Kubokunun ikiqat qalibi Levon Aronyan Ermənistan milli komandasının adından çıxış etməkdən imtina edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə şahmatçı öz "Facebook" səhifəsində yazıb.

O, bu qərarı Ermənistanda hazırkı hökumətin şahmata kifayət qədər diqqət ayırmaması ilə bağlı izah edib.

L.Aronyanın ABŞ komandasının tərkibində çıxışını davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Ermənistan Şahmat Federasiyasının prezidenti ölkənin sabiq prezidenti Serj Sarkisyandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: