Fevralın 26-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun birinci gün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Dənizlispor”u qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə "Beşiktaş" qonaqların qapısından üç cavabsız top keçirib. "Beşiktaş"ın qollarını Kayl Larin, Vinsent Aboubakar və Adem Lyayiç vurub.
Günün digər matçında "Gənclərbirliyi" öz meydanında "Yeni Malatyaspor"la heç-heçə edib – 1:1. "Konyaspor" – "Qaziantep" matçında isə qapılara qol vurulmayıb.
Turun digər oyunları aşağıdakılardır:
"Fatih Karagümrük" - "Alanyaspor";
"Hatayspor" - "Ankaragücü";
"Antalyaspor" – "Başakşəhər";
"Rizəspor" – "Sivasspor";
"Qalatasaray" – "Ərzurumspor";
"Göztəpə" - "Kasımpaşa";
"Trabzonspor" – "Fənərbağça":
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə 51 xal toplayan "Fənərbağça" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edir.