19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, finalda İtaliya ilə Portuqaliya görüşüb. Matçın əsas vaxtı bərabərliklə (2:2) yekunlaşdığından qalibi əlavə vaxtda müəyyən etmək mümkün olub.
Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka rəqib qapısından keçirib. Portuqaliya yığmasının qollarını isə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.