Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor” klubu Azərbaycan millisinin futbolçusu Ufuk Budakı heyətinə qatıb.
NUHÇIXAN Bolu təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.