“Karabakh is Azerbaijan”: "Kalbajar Cup"ın qalibləri müəyyənləşib

A- A A+

“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 7-ci mərhələsi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının "Kalbajar Cup" adlı mərhələsində Azərbaycan təmsilçiləri İlə yanaşı, Türkiyə, Rusiya, Ukraynadan 61 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilmiş yarışın yekun nəticələrinə görə, ilk 3 yeri Azərbaycan şahmatçıları tutublar. Belə ki, 11 oyundan 10 xal toplayan Şəhriyar Rəhmanov birinci yeri tutub. İkinci yerdə 9 xalla Ləman Hacıyeva, üçüncü yerdə isə 8 xalla Yusif Mustafazadə qərarlaşıblar.

Ötən turların nəticələrinə görə, ümumi hesabda Azərbaycan şahmatçıları Elnur Mehtiyev (30 xal), Orxan Bağırov (20 xal), Şəhriyar Rəhmanov (18 xal) ilk üçlükdədirlər. İndiyədək keçirilmiş seriya yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan 200-dən çox şahmatçı mübarizə aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: