Azərbaycan atleti Aleksis Kopello martın 4-də Polşanın Torun şəhərində keçiriləcək qış Avropa çempionatında iştirak edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, A.Kopello üç təkanla tullanma yarışlarında iştirak edəcək. Avropa çempionu olan Nazim Babayev isə zədə səbəbindən yarışda iştirak edə bilməyəcək.
Qeyd edək ki, qitə çempionatı martın 4-dən 7-dək keçiriləcək.