İngiltərə AVRO-2020-nin bütün matçlarına ev sahibliyi etməyə hazırdır

A- A A+

İngiltərə bu il keçiriləcək futbol üzrə Avropa çempionatının bütün oyunlarına ev sahibliyi etməyə hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson açıqlama verib.

O, nəzərdə tutulandan başqa digər oyunları da İngiltərədə keçirməyə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Təqvimə əsasən, Londondakı "Uembli" stadionu bir neçə qrup oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: