Avropa çempionatının seçmə mərhələsində martın 4-də Moldova ilə qarşılaşacaq Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub.
Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə bu futzalçıların xidmətindən istifadə edəcək:
Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov
Oyunçular: Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Ahmadi, Eduardo Borge
Qeyd edək ki, Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.