Boks üzrə Avropa Olimpiya təsnifat turniri Parisdə keçiriləcək

A- A A+

Boks üzrə Avropa Olimpiya təsnifat turnirinin yeri və vaxtı dəqiqləşib.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Parisdə müəyyənləşəcək. Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq. Amerika Olimpiya təsnifat turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlamışdı. Londonda keçirilən yarış koronavirus pandemiyası səbəbindən üç gündən sonra dayandırılmışdı. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: