Martın 3-də futbol üzrə Türkiyə çempionatının XXVIII turunun birinci gün qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə paytaxt təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib. "Ankaragücü"nün qollarını İbrahim Akdağ və Saba Lobzanidze vurub. İstanbul təmsilçisinin heyətində isə Kərəm Aktürkoğlu fərqlənib.
Günün digər matçında "Kayserispor" öz meydanında "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" - "Fatih Karagümrük" (2:2), "Başakşəhər" - "Konyaspor" (1:1) və "Sivasspor" - "Hatayspor" (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.
Turun digər oyunları martın 4-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 54 xal toplayan "Fənərbağça" qərarlaşıb.