Sambo üzrə Avropa çempionatı Kiprdə keçiriləcək

A- A A+

Sambo üzrə Avropa çempionatı mayın 13-dən 16-dək Kiprin Limassol şəhərində keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyası məlumat yayıb.

Turnir gənclər arasında Avropa çempionatı ilə birlikdə təşkil olunacaq. Pandemiya şəraiti nəzərə alınaraq, bütün idmançılardan yarışa gəlməmişdən 72 saat əvvəl koronavirus testindən keçmələri tələb olunur. Yarışlar karantin qaydalarına əməl olunmaqla təşkil ediləcək.

Əvvəlcə böyüklər arasında Avropa çempionatının mayın 21-23-də İtaliyada, gənclər arasında qitə birinciliyinin isə aprelin 16-18-də Kiprdə keçirilməsi planlaşdırılırdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: