Futzal üzrə Azərbaycan millisi Moldova yığmasına qalib gəlib

A- A A+

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşan millimiz 5:1 hesabı ilə qələbə qazanıb.

Bolinhanın dubl etdiyi oyunda millimizin digər qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Hadi Əhmədi vurublar.

Millimiz seçmə mərhələ çərçivəsində doğma meydanda Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Hesabında 9 xal olan Azərbaycan millisi turnir cədvəlinin vahid lideridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: