"Fənərbağça" doğma meydanda xal itirib

A- A A+

Futbol üzrə Türkiyə çempionatının XXVIII turunun sonuncu qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Antalyaspor"u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. Antalya təmsilçisinin qolunu Fredi, İstanbul klubunun qolunu isə Enner Valensiya vurub.

Günün digər matçında "Kasımpaşa" öz meydanında "Trabzonspor"a 2:1 hesabı ilə məğlub olub. "Alanyaspor" - "Göztəpə" (1:1) matçında isə qalib müəyyənləşməyib.

Hazırda Türkiyə superliqasinin turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə 55 xal toplayan "Fənərbağça" qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: