Cüdo üzrə “Böyük dəbilqə” turniri Kazan şəhərində keçiriləcək

A- A A+

Cüdo üzrə “Böyük dəbilqə” turniri Fransanın paytaxtı Parisdən Rusiyanın Kazan şəhərinə köçürülüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.

Turnir mayın 5-dən 7-dək keçiriləcək. Məlumatda bildirilib ki, turnirin yerinin dəyişdirilməsi Fransanın yarışı təşkil etməkdən imtina etməsi ilə əlaqədardır. Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: