“Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulub

212

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha üç cüdoçumuz mübarizəyə qoşulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişi cüdoçuların yarışında Rüstəm Orucov (73 kq) sloveniyalı Martin Hojakı mübarizədən kənarlaşdırıb. O, növbəti mərhələdə rusiyalı Oleq Bobqoyev ilə qarşılaşacaq.

Ölkəmizi 81 kiloqram çəki dərəcəsində yarışda təmsil edən Murad Fətiyev də yarışa uğurla başlayıb. Fransalı Nikolas Çiları məğlub edən idmançımızı növbəti mərhələdə qırğızıstanlı Vladimir Zaloyev ilə qarşılaşma gözləyir. Həmin çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov isə braziliyalı Gilyerme Şmidtə uduzub.

Qeyd edək ki, martın 5-də start götürmüş yarışda komandamızın aktivində hələ ki medal yoxdur.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: