Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası bürünc medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamızın aktivinə ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib.
Martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.