Londonun "Tottenhem Hotspur Stedium" stadionunda "Tottenhem Hotspur" və “Kristal Pelas” komandaları arasında İngiltərə Premyer Liqasının XVII turunun son matçı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Opta Sport”un xəbərinə görə, "Tottenhem"in hücumçusu Harri Keyn və Son Xın Min bu oyun da daxil olmaqla, İngiltərə Premyer Liqasının matçlarında bir-birinə 14 dəfə ötürmə ediblər. Onlar bu göstərici ilə "Blekbern Rovers"in hücumçuları Alan Şirera və Kris Sattonun 1994/1995-ci illər mövsümündəki (13 ötürmə) rekordunu üstələyiblər.
Joze Mourinyonun yetirmələri 27 matçda 45 xal yığıblar və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün yarış cədvəlində 6-cı yeri tuturlar. "Kristal Pelas" 34 xalla 13-cü yerdə qərarlaşıb.