Culfa rayonunda Spelio üzrə rayon birinciliyi keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, birincilik həvəskar yeniyetmə və gənclər arasında Spelio-mağara turizm idman yürüyüşü üzrə təşkil olunub.

Rayonun  Camaldın kəndində baş tutan  və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa və Ordubad Rayon Bölmələrinin və Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə reallaşan yarış “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilib.

Birincilikdə ümumi olaraq 16 nəfər idmançı iştirak edib. İştirakçılar məlumatlandırılandan sonra birinciliyə start verilib. Yekun nəticəyə əsasən, Ordubad rayonu üzrə Əmrah Nağıyev I, Miryusif Seyidov II, Murad Cəfərov III yerə, Culfa rayonu üzrə Əli Əliyev I, Nizami Babayev II, Rəfayıl Qurbanlı isə III yerə layiq görülüb. Qalib və fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilib.

                                                            Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: