“Fənərbağça” səfərdə “Konyaspor”u məğlub edib

A- A A+

Martın 8-də futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Fənərbağça” səfərdə “Konyaspor”un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərinin qapısından üç cavabsız top keçiriblər. “Fənərbağça”nın qollarını Atilla Szalai, Osayi Samuel və Sərdar Əziz vurub.

Günün digər matçında “Trabzonspor” öz meydanında "Alanyaspor”a 1:3 hesabı ilə uduzub. “Göztəpə” isə doğma divarlar arasında “Ərzurumspor”u 3:1 hesabı ilə üstələyib. “Antalyaspor” – “Kasımpaşa” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xalla "Qalatasaray", üçüncü pillədə isə onunla eyni xal toplayan "Fənərbağça" qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: