Atletika üzrə muxtar respublika birinciliyi keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “5 Mart Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə qızlar və oğlanlar arasında atletikanın qaçış, nizə atma və yadro itələmə növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarış Gənclər və İdman, Təhsil nazirlikləri, eləcə də Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Birincilikdə 8 komanda tərkibində 100-ə yaxın idmançı atletikanın qaçış, nizə atma və yadro itələmə növləri üzrə mübarizə aparıblar. Atletikanın qaçış növü üzrə reallaşan yarışda oğlanlar arasında Əliabbas Səfərov, Məşədikamil Əlizadə, qızlar mübarizəsində isə Zeynəb Babayeva və Aysu Abbasova birinci yerin sahibi olublar. Nizə atmada oğlanlar arasında İsmayıl Orucov, qızlar arasında Günayə Həsənova, yadro itələmə idman növündə oğlanlar arasında Əli Rzalı, qızlar arasında isə Səkinə Əliyeva rəqiblərini geridə qoyaraq yarışı birinci sırada tamamlayıblar.
Sonda qalib komanda və idmançılara təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim edilib.
Elvin Quliyev