Qadınlardan ibarət Azərbaycanın sablya millisi 11 - 14 martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.
Azərbaycan Qılıncoynatma Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, turnirdə ölkəmizi 4 idmançı təmsil edəcək.
Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət qadın sablyaçılar həm şəxsi, həm də komanda yarışında qüvvəsini sınayacaq.
Yarış iştirakçıları martın 10-da koronavirus testindən keçiriləcək və nəticələr 12 saat ərzində açıqlanacaq. 2 gün sonra qadınlar arasında təsnifat görüşləri keçiriləcək. Növbəti gün isə şəxsi yarışda qaliblərin adlarına aydınlıq gələcək.
Turnirin sonuncu yarış günündə həm qadın,həm də kişi sablyaçılar arasında komanda yarışları təşkil olunacaq.